Fateh Sultan Mehmetin şeirləri albom olur

Türkiyənin Afyon şəhərindəki Kocatepe Universiteti Dövlət Konservatoriyasının müəllimi  Uğur Erdem Ürerin rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Osmanlı padşahı Fatih Sultan Mehmetin şeirlərindən ibarət albom hazırlanır.

707011
Fateh Sultan Mehmetin şeirləri albom olur

Türkiyənin Afyon şəhərindəki Kocatepe Universiteti Dövlət Konservatoriyasının müəllimi  Uğur Erdem Ürerin rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Osmanlı padşahı Fatih Sultan Mehmetin şeirlərindən ibarət musiqi, poeziya və kitabçanın yer aldığı albom hazırlanır.
 
 Fatih Sultan Mehmet "Avni" təxəllüsü ilə divan şerləri yazmış bir hökmdar idi.
 
 Araşdırmalar Fateh Sultan Mehmetin bir neçə şeirinə 13 mahnı bəstələndiyini  ortaya çıxardı.
 
 Sultan Mehmet Xanın şeirlərindən ibarət albom üçün 10 yeni mahnı bəstələndi. Layihə təsdiq edildi və solistlər bəstələri oxudular.
 
 Layihə hazırda CD-lərin hazırlanması mərhələsindədir.
 
Bundan başqa, Fatehin sənətə və sənətkara verdiyi dəyəri, sənət anlayışından bəhs edən  kitabça yazıldı. Kiitaba mahnılardan ibarət CD də əlavə oluncaq.
 
 Fateh Sultan Mehmetin musiqiyə uyğun olmayan çox dəyərli şeirləri də alboma daxil olacaq.
 
 Albom tamamlandıqdan sonra Prezident Kompleksində təqdimat konsertinin keçirilməsi planlaşdırılır.
 
Eyni zamanda, Sarayevo və Mostarda təqdimat konsertləri keçiriləcək. Bu konsertlərdə mahnı və şeir CD-ləri ilə kitabçadan ibarət olan albom tamaşaçılara pulsuz olaraq paylanacaq.
 
Kitabça Türk, bosniya və ingilis dillərində  hazırlanıb.



Әlaqәli Xәbәrlәr