"Bilun- Sürgünün Son Şahidi" martın 19-da tamaşaçılarla görüşəcək.

Osmanlı xanədanının sürgününə həsr olunmuş "Bilun- Sürgünün Son Şahidi" sənədli filmi I Əbdülməcidin nəvəsi Bilun Alpanın həyatından bəhs edir.

681982
"Bilun- Sürgünün Son Şahidi" martın 19-da  tamaşaçılarla görüşəcək.
trt osmanlı belgeseli1.jpg

İstanbulda "Bilun-Sürgünün Son Şahidi" adlı sənədli filmin təqdimatl oldu.

 Osmanlı xanədanının sürgününə həsr olunmuş sənədli film I Əbdülməcidin nəvəsi Bilun Alpanın həyatından bəhs edir.

 Səpətçilər Qəsrində keçirilən tədbirə Osmanlı xanədanının üzvləri və başqa dəvətlilər qatıldılar.
 

 Sənədli filmin prodüseri və rejissoru  Kerime Senyücel  tədbirdə çıxış edərək, filmin hazırda həyatda olan və 3 mart 1924-ci il tarixində deportasiya olunmuş sonuncu xanədan üzvü Bilun Alpanın tərcümeyi-halı əsasında çəkildiyini bildirdi.
 
 Senyücel Bilun Alpanın 1918-ci il təvəllüdlü olduğunu və həyatını Beyrutda davam etdirdiyini qeyd edərək: "Əslində Bilun Xanım Sultanın həyatı bir həsrət və vətənpərvərlik hekayəsidir. Həyatı boyu dik durmuşdur. Livan vətəndaşı olmaması, ərəb dilini öyrənməməsi, Türkiyədən gedərkən 5 yaşında olmasına baxmayaraq, bu gün təmiz bir İstanbul Türkcəsində danışması da bunun göstəricisidir" dedi.
 
 Senyücel sənədli filmin "Osmanoğlu Sürgünü" silsiləsinin davamı olduğunu söylədi.
 
 Tədbirdə "TRT Sənədli Filmlər Proqramı"nın direktoru Cüneyd Gündoğdu və xanədan üzvü Cyntia Alpan da təşəkkür nitqi ilə çıxış etdilər.
 
 Tədbirdə Bilun Alpanın fotolarından ibarət sərgi  təqdim olundu.
 
 Bilun Alpanın həyat hekayəsi vasitəsilə Beyrut və Dəməşqdə Osmanlı xanədanının yaşadıqlarından bəhs edən sənədli film 54 dəqiqə davam edir.
 
 Çəkilişlərinin bir hissəsi Ulduz Sarayı və Sirkəçi Vağzalında aparılan film martın 19-da "TRT Belgesel" kanalında nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr