Tanınmış amerikalı aktyor Bill Pekston vəfat edib

Onun ölümünə əməliyyatdan sonra vəziyyətinin ağırlaşması səbəb olub.

680365
Tanınmış amerikalı aktyor Bill Pekston vəfat edib

Tanınmış amerikalı aktyor, kinorejissor, ssenarist və prodüser, dördqat "Qızıl qlobus" mükafatı nominantı Bill Pekston fevralın 26-da 61 yaşında vəfat edib.

Onun ölümünə əməliyyatdan sonra vəziyyətinin ağırlaşması səbəb olub.

Pekston son işi kimi "Məşq günü" serialının çəkilişlərində iştirak edib.

Geniş tamaşaçı kütləsi onu "Terminator", "Yırtıcı 2", "Özgələr", "Gerçək yalan", "Titanik" kimi məşhur filmlərdə ikinci planda oynadığı yaddaqalan rolları ilə xatırlayırlar.



Әlaqәli Xәbәrlәr