Məşhur teatr ustası Engin Cezzar vəfat etdi

Türkiyə teatrının nəhəng aktyoru və rejissoru Engin Cezzar həyatla vidalaşdı.

661175
Məşhur teatr ustası Engin Cezzar vəfat etdi

Məşhur teatr ustası Engin Cezzar İstanbulda vəfat etdi.
 
 "Keşanlı Əli Dastanı" ilə yaddaşlara həkk olunan Engin Cezzar  82 yaşında idi.
 
 Təhsilini Amerika Birləşmiş Ştatlarında alan Cezzarın teatr karyerası İstanbul Şəhər Teatrlarında oynadığı Hamlet rolu ilə başlayıb.
 
O zaman 24 yaşında olan Engin Cezzar Hamleti canlandıran dünyanın ən gənc aktyorlarından biri idi.
 
Cəzzar Gülriz Sururi ilə birgə yaratdıqları teatrda uzun illər aktyor və rejissor kimi işləyib.
 
 Dormen Teatrı, Dəvəquşu Meyxanası, İstanbul və Antalya Dövlət Teatrlarında da işləyən Engin Cezzar  kinofilmlərdə və seriallarda da bir sıra obrazı canlandırıb.
 
 Cezzar "Səki Sərçəsi" (“Kaldırım Serçesi”) adlı filmin rejissoru və prodüseri, həyat yoldaşı Gülriz Sururinin yazdığı "Ayşe" operettasının rejissoru olub.



Әlaqәli Xәbәrlәr