"46. Beynəlxalq Rotterdam Film Festivalına" start verilib

Hollandiyanın Rotterdam şəhərində təşkil edilən festivalda Türkiyə iki kinofilm ilə təmsil ediləcək.

659301
"46. Beynəlxalq Rotterdam Film Festivalına" start verilib
Kor filmi.jpg

12 gün davam edəcək festivala 108-i dünya kinosundan olmaqla 484 film göstəriləcək.

Amerika istehsalı "Limon" adlı film ilə start verilən festivalda müxtəlif ölkələrdən 8 gənc rejissorun filmi “Qızıl Kaplan Mükafatı” üçün yarışacaq.

Mükafatı qazanan rejissora 40 min avro, seçiləcək “fövqəladə bədii " filmə 10 min avroloq “Münsif Xüsusi Mükafatı” təqdim ediləcək.

Münsif heyəti üzvləri, Malayziyalı yazıçı Amir Məhəmməd, Kolumbiyalı film prodüseri Diana Bustamante Escobar, Belçikalı rejissor və ssenarist Fien troche, Amerikalı film prodüseri və ssenarist Michael Almereyda ilə İranlı fotoqraf Newsha Tawakoliandan ibarətdir.

Daha əvvəl Niderlandda göstərilməmiş xarici filmlər və sənədli filmlər nümayiş etdiriləcək olan festivalda bu il Türk  kinosu iki filmlə təmsil ediləcək.

Rejissor Reha Ərdəmin, ‘23-cü Beynəlxalq Adana Film Festivalında’ “Koca Dünya” və Zeki Demirkubuzun "Kor" adlı filmi də festival çərçivəsində göstəriləcək.



Әlaqәli Xәbәrlәr