TRT Sənədli film müsabiqəsinin Sayca 9-su keçiriləcək.

Müsabiqə üçün 28 Noyabr- 3 Fevralda tarixləri arasında müraciət edilə biləcək.

655911
TRT Sənədli film müsabiqəsinin Sayca 9-su keçiriləcək.

TRT-nin təşkil etdiyi sənədli mükafatları müsabiqəsiylə, həvəskar və professional sənədli  film rejissorlarına dəstək  vermək, sənədli  filmin inkişafı və yayılmasına zəmin yaradmaq, müxtəlif ölkələrdən fərqli və xüsusiyyətli əsərlərin tamaşaçıya təqdimatı, uzun müddətdə dünyanın müxtəlif ölkələrindən sənədli filmlərin bir araya gətirilməsi və bu barədi fikir mübadiləsi edilməsinə imkan yaradılması məqsəd götürülüb.

Müraciətlər sona çatdıqdan sonra seçmələr reallaşdırılacaq. Nəticələr isə 27 Fevralda elan ediləcək.

Finala seçilən filmlər, 11-14 Mayda tamaşaya qoyulacaq. Filmlərin göstərilməsiylə şuranın qiymətləndirməsi  də başlayaraq mükafata layiq görülən  filmlər  müəyyənləşdiriləcək. Seçilən filmlər üçün 15 Mayda mükafat mərasimi təşkil ediləcək.

Müsabiqədə, iştirak şərtlərinə sahib hər kəs pulsuz müraciət edə biləcək.

"Milli Professional" nominasiyasında seçilən ən yaxşı filmə 45 min TL, "Tələbə Filmleri" kateqoriyasında seçilən ən yaxşı filmə isə 20 min lirə mükafat veriləcək. "Beynəlxalq Müsabiqə" nominasiyasında ən yaxşı film üçün nəzərdə tutulan mükafat da 45 min lirə olacaq.

Müsabiqədə iştirak etmək istəyənlər, "www.trtbelgesel.com" web ünvanından lazımlı və ətraflı məlumat əldə edə bilərlər.



Әlaqәli Xәbәrlәr