Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Səfəvilər dövləti”

Milli Azərbaycan Tarixi Muzeyində“Azərbaycan Səfəvilər dövləti” bölməsi yenidən qurulub.

650494
Milli Azərbaycan Tarixi  Muzeyində “Azərbaycan Səfəvilər dövləti”

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması üzrə işlər başa çatıb.

Muzeydə Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, iqtisadiyyatı, mədəniyyəti, silahlı qüvvələri, xarici siyasəti və s. haqqında məlumat panelləri, müvafiq tarixi eksponatlar, eləcə də müəllifləri Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Lüdviq Knit olan rəsm əsərləri qoyulub.

 



Әlaqәli Xәbәrlәr