Məşhur aktrisa vəfat edib

Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib.

633118
Məşhur aktrisa vəfat edib

İlk əri bir Türk olan Macar əsilli aktrisanın ölümünə səbəb ürək tutması olub. Halı pisləşən Ja Ja Qabor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2017-ci ilin fevralında Hollivud ulduzunun 100 yaşı tamam olacaqdı. 1936-cı ildə Ja Ja Qabor "Miss Macarıstan" müsabiqəsinin qalibi seçilib, 1958-ci ildə ABŞ kinematoqrafçılarının "Qızıl qlobus" mükafatına layiq görülüb.

Ja Ja Qabor “Mulen Ruj” və “Üç sevgi hekayəsi” kimi məşhur filmlərdə çəkilib. 

Qabor, 2002-ci ildə yol qəzası keçirmişdi. 2010-ci ildən bəri sağlamlıq problemlərindən əziyyət çəkən məşhur ulduz, 2015 Yanvar ayında qızı Francesca Hiltonu itirmişdi. 1986-ci ildə bəri Şahzadə Frederic von Anhalt ilə evli olan Qabor, Anhalt Prensesi adına da sahibdi.



Әlaqәli Xәbәrlәr