"Böyük Oyun / İlk Çevriliş" adlı teatr tamaşası İstanbulda səhnəyə qoyuldu

Əsərdə Türkiyənin çevrilişlər tarixinə nəzər yetirilir.

609633
"Böyük Oyun / İlk Çevriliş" adlı teatr tamaşası İstanbulda səhnəyə qoyuldu

Sultan Əbdüləzizin çevrilişlə taxtdan endirilməsindən bəhs edən "Böyük Oyun / İlk Çevriliş" adlı teatr tamaşası İstanbul tamaşaçılarına təqdim olundu.
 
Əsərdə Türkiyənin çevrilişlər tarixinə nəzər yetirilir.
 
 "Böyük Oyun - İlk Çevriliş" adlı teatr tamaşası ilk dəfə İstanbulun Camal Rəşid Bəy Konsert Salonunda nümayiş etdirildi.
 
Əsənyurd Bələdiyyəsinin sponsorluq etdiyi tamaşa  Sultan Əbdüləzizin taxtdan endirilməsindən və şübhəli ölümündən bəhs edir.
 
Əsənyurd  Bələdiyyəsinin sədri Nəcmi Kadıoğlu: "15 iyul" baş verəndən sonra  bu çevrilişin tarixi dərinliklərinə enməyi qərara aldıq. Bu çevrilişləri həyata keçirənlər bundan 150 il əvvəl Osmanlı Xəlifəsinə də eyni şeyi etdilər. Qətlə yetirdilər, lakin tarix kitablarımıza intihar etdi - deyə yazdılar. Millətimiz bunu bilmir. Bu tamaşa ilə biz millətimizi məlumatlandırmaq istədik " dedi.



Әlaqәli Xәbәrlәr