Bu film izlǝnmǝ rekordu qiracaq

"Hz. Məhəmməd: Allahın Elçisi" kinofilmini ölkǝmizdǝ 3 gündǝ 183 min 524 nǝfǝr izlǝyib

600899
Bu film izlǝnmǝ rekordu qiracaq

Türkiyǝdǝ 28 Oktyabrda viziona girǝn İranlı rejissor Məcid Mǝcidinin çəkdiyi "Hz. Məhəmməd: Allahın Elçisi" kinofilmini ölkǝmizdǝ 3 gündǝ 183 min 524 nǝfǝr seyr edib. Filmdǝ Həzrəti Məhəmmədin uşaqlıq və ilk gənclik dövrü ilə İslamın doğuşu şǝrh edilir.

Ssenari müǝllifi Məcid Məcidi ilə Kambuzia Partovi olan film, uzun müddǝtli araşdırmalar vǝ 5 il  davam çəkilişlər və texniki detallar nǝticǝsindǝ tamamlanıb.

Filmin çǝkimi üçün Məkkə və Mədinə platosu (film çǝkim sahǝsi) hazırlandı. İnşası üç ildə tamamlanan plato, daha 40 ilǝ qǝdǝr tarixi filmlərin istehsalında istifadǝ edilǝbilǝcǝk imkanlara sahibdir.

30 milyon dollara başa gǝlǝn vǝ 2015-ci ildə tamamlanan filmin effektlərini, Oscar mükafatlı Scott Anderson və Vittorio Storaro hazırlayıb.

Türk  dilinǝ  dublaj edilǝn Filmdǝ, Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Ali Reza Shoja-nuri və Mina Sadati  rol götürüb. 

 



Әlaqәli Xәbәrlәr