"Eurovision-2017" mahnı yarışmasında iştirak edəcək ölkələr

Türkiyə bu il də "Eurovizion"da iştirak etməyəcək.

600671
"Eurovision-2017" mahnı yarışmasında iştirak edəcək ölkələr

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb.

Qeyd edək ki, Türkiyə bu il də "Eurovizion"da iştirak etməyəcək. Müsabiqəyə qatılacaq 43 dövlət sırasında Azərbaycan da var.

Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək.  Xatırladaq ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də isə finalı keçiriləcək.

Xatırladaq ki, İsveçin Stokholm şəhərində keçirilən "Eurovison-2016"-nın qalibi "1944" mahısı ilə Ukrayna təmsilçisi Camala olub. 



Әlaqәli Xәbәrlәr