İslam dünyasının ǝn yaxşıları mükafatına ilk dǝfǝ  bir Türk layiq görüldü

İslam Əməkdaşlıq Təşkilatının  əməkdaşlığı ilǝ   hər il verilən “İslam dünyasının ən yaxşıları”  mükafatına ilk dəfə bir Türk layiq görülüb.

594116
İslam dünyasının ǝn yaxşıları mükafatına ilk dǝfǝ  bir Türk layiq görüldü

Mükafat ali tǝhsil sahəsində İslam dünyasına etdiyi   yardımlar  səbəbiylə İstanbul Aydın Universiteti İdarǝ  Heyətinin   Başçısı Dr. Mustafa Aydına verilib.

Mustafa Aydına  mükafat  ilǝ bağlı göndǝrilǝn dǝvǝt  mǝktubunda:  “İslam dünyasına  dǝyǝrli yardımlarınız  sǝbǝbindǝn hörmǝtimizin göstəricisi olaraq bu mükafata layiq görüldünüz. Fǝaliyyǝtlǝriniz  xüsusilə İslam dünyasında insanların həyatlarında müsbət tǝsir  bağışlayır”. 

Avrasiya Universitetlər Birliyi ilə Xarici İqtisadi Əlaqələr Şurası Təhsil İqtisadiyyatı İş Şurasının sədri vəzifələrini də icra edən Aydının  mükafata   layiq  görülmǝsinin  sǝbǝbi   isǝ   belǝ   şǝrh  edilib:  “İştirak  etdiyi  bütün tǝdbirlǝrdǝ iqtisadi, ictimai və mədəni sahələrdə dinclik, sülh və sabitliyin ancaq təhsil ilə mümkün olduğunu vurğulaması, təhsil diplomatiyası anlayışını ədəbiyyata qazandıraraq regional və qlobal problemlərə həll yolları tǝkliflǝri  ortaya   qoyması,  maliyyǝ   imkanlardan  mǝhrum  olanların  vǝ  xüsusilə qaçqınların təhsilində tǝqdirǝ  şayan   işlǝrǝ  imza atması,  ona  bu  mükafatı  qazandırmışdır.



Әlaqәli Xәbәrlәr