Ən çox mirasa sahib ölkə Türkiyə oldu

2016-cı ilin aprel ayında verilən qərar UNESCO tərəfindən yeni açıqlanıb

568508
Ən çox mirasa sahib ölkə Türkiyə oldu

  Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nun siyahısına Türkiyənin 10 tarixi məkanı əlavə edilib.

  1. Sultan II. Bəyazid kompleksi (Ədirnə),
  2. Bodrum qalası (Muğla),
  3. Sivrihisar Ulu Came (Əskişehər),
  4. Hacı Bayram Came və ətrafındakı tarixi sahələr (Ankara),
  5. Nuruosmaniye kompleksi (İstanbul),
  6. Malabadi körpüsü (Diyarbəkir),
  7. Van qalası (Van),
  8. Kibyra antik şəhəri (Burdur),
  9. Yivli minare (Antalya),
  10. Kızılırmak Deltası Quş Cənnəti (Samsun).

  2016-cı ilin aprel ayında verilən qərar UNESCO tərəfindən yeni açıqlanıb.

  UNESCO-nun Türkiyə üzrə Milli Komissiyasının rəhbəri, professor Öcal Oğuz: "Bu günə qədər Türkiyənin 70 mədəni və təbii irsi UNESCO Dünya İrs Siyahısına daxil edilib. Bu rəqəm bu silsilədən Türkiyəni dünyada ən çox təbii və mədəni irsə sahib ölkə mövqeyinə gətirib", - deyib.



Әlaqәli Xәbәrlәr