Eurovision 2017 Mahnı Müsabiqǝsinin növbəti ünvanı

Eurovision 2017 Mahnı Müsabiqǝsi krımlı tatar müğǝnni Jamalanın “1944” mahnısına görə ötǝn il yarışmanın qalibi olmasıyla bağlı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək

568545
Eurovision 2017 Mahnı Müsabiqǝsinin növbəti ünvanı

  Ukrayna Milli Televiziya Şirkətinin direktoru Zurab Alasaniyanın mǝlumatına görǝ, "Eurovision 2017 Mahnı Müsabiqǝsi Kiyevin Beynəlxalq Sərgi Mərkəzində təşkil ediləcək. Bu şǝhǝr edilǝn sǝsvermǝ ilə seçilib".

  Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda bu il sayca 61-ci olan Eurovision Mahnı Yarışmasında Krım-tatar sürgününü nənə dilindən anladan, “1944” adlı mahnısıyla Ukraynanı təmsil edǝn krımlı tatar müğǝnni Jamala 534 xal toplayaraq birinci olmuşdu. 



Әlaqәli Xәbәrlәr