TRT Sarayevo Film Festivalının ortaqlarından biri olacaq

Teleradionun Baş direktoru Şenol Göka 22-ci Sarayevo Film Festivalının Cine-Link fəaliyyəti çərçivəsində açılan TRT Sənaye Terasına (Eyvanına) baş çəkib

555674
TRT Sarayevo Film Festivalının ortaqlarından biri olacaq

  Sarajevo Film Festivalının Avropada mühüm festivallardan biri olduğunu vurğulayan Göka deyib: "Son zamanlar dünya ictimaiyyətinə 15 iyul çevriliş cəhdini tam mənasıyla anlatmağa çalışırıq. Nəhayət, heç bir çətinliyə baxmayaraq, Türkiyədə həyat normala döndü. Əmin-amanlığın davam etməsilə yanaşı müxtəlif bədii fəaliyyətləri də dəstəklənmək bizim üçün əhəmiyyətlidir. Bunlardan biri Sarajevo Film Festivalıdır. TRT burada da bir rol oynadığı və maliyyə baxımından dəstək verdiyi üçün bu hadisə bizim üçün sevindiricidir".

  Sarayevo Film Festivalının direktoru Mirsad Purivatra da TRT-in əhəmiyyətli bir ortaq olacağını və Türkiyənin film və seriallar baxımından çox yaxşı tanındığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr