Türkiyəli ifaçı “Bethoven Mükafatı”nı qazandı

Ankara Dövlət Opera və Balet sənətçisi tenor səsli Arda Doğan "Beynəlxalq Beethoven Mükafatı"nı qazandı.

553832
Türkiyəli ifaçı “Bethoven Mükafatı”nı qazandı

Ankara Dövlət Opera və Balet sənətçisi tenor səsli Arda Doğan "Beynəlxalq Beethoven Mükafatı"nı qazandı.

Dövlət Opera və Balet Müdirliyindən verilən məlumata görə, Arda Doğan 13 avqustda "2016 European Music Academy" tərəfindən təşkil edilən musiqi yarışmasında ən böyük mükafat hesab edilən "Beethoven Mükafatı" ilə təltif edilib.

Çexiya Respublikasının paytaxtı Praqada keçirilən yarışmada Avropa Musiqi Akademiyası "Beethoven Mükafatı" üçün dünyanın seçmə opera ifaçıları və rejissorları münsif kimi iştirak edib.

Arda Doğan 2016-2017 mövsümündə orkestr ilə birlikdə üç konsert vermək üçün Çexiya Respublikasına dəvət edilib.

Doğan 2016-2017 mövsümündə "Hoffmanın Nağılları" operasında Hoffman rolu ilə, "La Boheme" operasında isə Rodolfo roluyla ankaralı sanatseverlerle görüşəcək.



Әlaqәli Xәbәrlәr