Odri Herbernin sevgi məktubları

“Hollywood”un əfsanəvi adlarından Odri Hepbernin (Audrey Hepburn) məktubları İngiltərənin paytaxtı Londonda təşkil edilən hərracda 15 min dollara alıcını tapıb

522169
Odri Herbernin sevgi məktubları

  Məktublara qoyulan ilk qiymət 5500 dollar idi.  

  “Bonhams” Hərrac Evinin bildirdiyinə görə, məşhur aktrisanın 1951-1960 illər arasında həyat müəllimi və dostu Ser Feliks Eilmerə (Sir Felix Aylmer) göndərdiyi 10 məktub adının açıqlanmasını istəməyən bir koleksiyaçı tərəfindən alınıb.  

  Hepbern aktrısalıq karyerasına başlayarkən Ser Eilmerdən diksiya dərsləri almışdı. Odrinin ona yazdığı bu məktublarda nişanlısı Ceyms Hansondan ayrıldıqdan sonra yaşadığı kədər və xəyal qırıqlığı əks olunur.

  Hollandiyalı zadəganla ingilis bankçının qızı olan Odri 1929-cu ildə Belçikada dünyaya gəlib. İkinci Dünya Müharibəsi zamanı anasıyla Hollandiyaya köçüb. Müharibədən sonra Londona gedir və balet məktəbinə davam edir. Aktrisalıq fəaliyyətinə 1951-ci ildə rol aldığı "Young Wives Tale" filmiylə başlayıb. 1952-ci ildə Qreqori Peklə (Gregory Peck) baş rolları paylaşdığı "Roman Holiday" filmiylə “Ən yaxşı aktrisa” nominasiyası üzrə Oskara layiq görülüb. "Sabrina", "War and Peace", "Funny Face", "Love in the Afternoon", "The Unforgiven", "My Fair Lady", "Breakfast at Tiffany's" və "Wait Until Dark" filmlərində də rol alan Hepbern 1993-cü ildə İsveçrədə 63 yaşındaykən bağırsaq xərçəngindən vəfat edib.



Әlaqәli Xәbәrlәr