Melike İpek Yalovadan italyanca təqdimat

“Möhtəşəm yüz il” serialının şahzadə İsabellası, “Karadayı”nın Ayteni V Roma Türk Film Festivalının builki sürprizlərindən biri oldu

517422
Melike İpek Yalovadan italyanca təqdimat

  Melike İpek Yalova V Roma Türk Film Festivalı Qala Gecəsinin aparıcısı seçildi.

  “Möhtəşəm yüz il” serialının şahzadə İsabellası, “Karadayı”nın Ayteni 30 iyun - 03 iyul tarixlərində reallaşdırılacaq V Roma Türk Film Festivalının builki sürprizlərindən biri olub.

  Ferzan Özpetekin fəxri sədrliyilə 30 iyun cümə axşamı gecəsi “Casa Del Cinema”da təşkil ediləcək Qala Gecəsini türkiyəli aktrisa Melike İpek Yalova italyanca təqdim edəcək.

  Festival SRP İstanbul, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Baş Nazirliyin Fondunun dəstəyilə keçirilir.



Әlaqәli Xәbәrlәr