Murat Yıldırım və Beren Saat ən yaxşılardan oldu

Livanda təşkil edilən, ərəb dünyası film sənətkarlarının mükafatlandırıldığı “Murex D'or 2016” Mükafat Mərasimində iki türk aktyoru da mükafat alıb

499847
Murat Yıldırım və Beren Saat ən yaxşılardan oldu

  Paytaxt Beyrutda təşkil edilən Mükafat Mərasimində Türkiyənin serial və kino aktyoru Murat Yıldırım "Ən yaxşı xarici aktyor", Beren Saat isə "Ən yaxşı xarici aktrisa" mükafatına layiq görülüb.

  Mərasimdə iştirak edən türk aktyorlara mətbuat nümayəndələri və pərəstişkarlar tərəfindən böyük maraq olub.

  Türkiyənin Livandakı səfiri Çağatay Erciyes ölkə adına Yaxın Şərq və ərəb dünyasının Oskarı sayılan bir mükafatın iki türk sənətçisinə verilməsindən böyük məmnuniyyət hissi duyduğunu söyləyib. Son vaxtlar Türkiyə seriallarının bütün dünyada uğurlar qazandığını dilə gətirən Erciyes: "Yaxın Şərqdə, xüsusilə Livanda bizim seriallar çox izlənilir. Bu mükafatların verilməsi Türkiyə seriallarına olan marağı daha da artıracaq", - deyib.



Әlaqәli Xәbәrlәr