12,9 milyon dollara satılan rəsm əsəri

Georgia Okeeffenin “Corc gölünün əks olunması” adlı əsəri Nyu-Yorkda keçirilən açıq hərracda 12,9 milyon dollara satılıb.

494676
12,9 milyon dollara satılan rəsm əsəri

Dünya şöhrətli amerikalı rəssam Georgia Okeeffenin “Corc gölünün əks olunması” (Leyk Corc Reflection) adlı əsəri Nyu-Yorkda keçirilən açıq hərracda 12,9 milyon dollara satılıb.

Fırça ustası 1,5 metr 91 santimetr ölçüdə olan bu sənət əsərini 1921-1922-ci illər arasında tamamlayıb. Üfüqi vəziyyətdə təpələrin göl üzərində əks olunmasını təsvir edən sənət əsəri şaquli istiqamətdə olarkən rəssamın çəkdiyi qeyri-adi çiçəklərdən birinə çevrilir. Əsər ilk dəfə 1923-cü ildə Nyu-Yorkda rəsm qalereyasında şaquli vəziyyətdə nümayiş etdirilib.

Qeyd edək ki, XX əsr ABŞ müasir incəsənətinin əsas simalarından sayılan Georgia Okeeffenin “Boru Çiçeği/beyaz Çiçək No. 1” (Jimson Weed/white Flower No. 1) adlı rəsm əsəri 2014-cü ildə 44, 4 milyon dollar civarında satılıb.



Әlaqәli Xәbәrlәr