69-cu Cannes film festivalına start verilib

Cari ayın 22-nǝ qədər davam edəcək festivalda, Fransanın Oscarları sahiblǝrinǝ tǝqdim edilǝcǝk.

489087
69-cu Cannes film festivalına start verilib

Festival, rejissor Woody Allenin (Vudi ELIN) “Cafe Society” (KAFE SOSAYTİ) filminin nümayişi ilǝ başlayıb.

Bu il keçirilǝn festivalda Qızıl Palma mükafatı uğrunda yarışacaq filmləri qiymətləndirəcək münsif heyǝtinǝ rejissor Corc Miller (Corc MİLIR) başçılıq edǝcǝk.

Festival rəhbərliyi tərəfindən daha əvvəl 17 olaraq açıqlanan filmlərin sayı 21-ǝ çatıb.

Festivalda qısametrajlı film katoqoriyasında Türkiyəni, gənc rejissor və ssenarist Ziya Dəmirəlin “Çərşənbə axşamı” adlı filmi təmsil edəcək.

2014-ci ildə Türk rejissor Nuri Bilge Ceylanın “Qış Yuxusu” adlı filmi böyük Qızıl Palma mükafatına layiq görülmüşdü.

Qeyd edǝk ki, Festivalın keçirildiyi Cannes (KAN) şəhər mǝrkǝzindǝ təhlükəsizlik tədbirləri güclǝndirilib. Festival sǝbǝbindǝn ǝhali sayı üç dǝfǝ artan  şǝhǝrdǝ  polisdǝn başqa 400 əsgər dǝ festival sahəsi və ətrafında vəzifələndirilib.

 



Әlaqәli Xәbәrlәr