TRT-nin 8-ci “TRT Belgesel günləri" keçiriləcək

İstanbulda  12-16 may  tarixləri arasında TRT-nin 8-ci “TRT Belgesel günləri" tǝdbirinǝ ev sahibliyi edǝcǝk.

487147
TRT-nin 8-ci “TRT Belgesel günləri" keçiriləcək

Final həftəsi olan Belgesel günlərinə bu il 47 ölkədən 427 film müraciət edib.

Film nümayişləri, 12, 13, 14 və 15 may tarixlərində dörd fərqli zalda- Harbiyǝdəki TRT İstanbul Harbiye Radio Evi,  Notre Dame De Sion Fransız Liseyinin zalında və Beyoğlundaki Akbank Sənət və Tüneldəki Tarık Zəfər Tunaya Mədəniyyət Mərkəzində keçiriləcək.

TRT Belgesel günləri, “Emmy” mükafatlı rejissorun sənədli filmi ilə başlayacaq. Açılış filmi, Emmy mükafatlı rejissor Mani Y. Benchelahın "Sürgün: Uşaq Mühacirlərin Gündəlikləri" adlı sənədli filmi olacaq.

Müsabiqə xarici nümayiş hissəsində isə bu il "Müharibə və Məcburi Köç" mövzulu sənədli filmlər göstəriləcək. Bu hissədəki filmlər dünya gündəmində olan miqrantlardan  bəhs edəcək. Burada 6 fərli ölkədən 7 film nümayiş olunacaq.

Həftə ərzində davam edəcək tədbirdə film nümayişi ilə bərabər kosert də veriləcək.

TRT Belgesel günləri, 16 May 2016-cı il  TRT Tepebaşı Studiyalarında keçiriləcək və kanallarda canlı yayımlanacaq Mükafatlandırma mərasimi Qala Proqramı ilə başa çatacaq.

Tədbirlər, hər zaman olduğu kimi, vətəndaşlara açıq və pulsuz olacaq.

 

 



Әlaqәli Xәbәrlәr