Patti Smith Türkiyədə heyranları ilə görüşəcək

Amerikalı musiqiçi, bəstəkar, şair və yazıçı Patti Smith  iyunun 23-də Türkiyədə heyranları ilə görüşəcək.

480252
Patti Smith Türkiyədə heyranları ilə görüşəcək

  İstanbulda səhnəyə çıxacaq sənətkara Lenny Kaye və Jay Dee Daugherty ilə yanaşı, bas gitara və sintezatorda 20 il birlikdə çaldığı Toni Shanahan müşayiət edəcək.
  Özünü ən yaxşı nəsrdə ifadə etdiyini deyən Patti Smith 2010-cu ildə nəşr olunan, 70-ci illərdə  New York'da keçən sehrli həyatını qələmə aldığı  "Just Kids"  kitabı ilə "National Book Awards"mükafatını qazandı.
  Smithin son dəfə ötən il dərc etdirdiyi avtobioqrafik kitabı M Train ilə birlikdə ən  çox satılanlar siyahısında yer aldı.
  1975-ci ildə çıxardığı ilk albomu Horses ilə "punk rok"un yaranmasında ən əhəmiyyətli rol oynayanlardan biri olan 69 yaşlı müğənni musiqi tənqidçiləri tərəfindən "müdrik qadın" kimi qiymətləndirilir.

 



Әlaqәli Xәbәrlәr