Ləvənt Vadisi fotohəvəskarların gözü ilə

Malatyadakı Ləvənt vadisi iyun ayında fotoşəkil həvəskarlarının yolunu gözləyir.

480110
Ləvənt Vadisi fotohəvəskarların gözü ilə

 

Malatya Foto və Kino Sənəti Dərnəyinin Ləvənt Vadisinin təqdimatı məqsədilə təşkil etdiyi "2-ci Beynəlxalq Malatya Fotodüşərgəsi" bu il iyunun 2-5 tarixlərində baş tutacaq.

Layihə çərçivəsində fotoşəkil təqdimatı, sərgilərlə yanaşı təbiət qoynuna səyahət, velosiped turları və digər maraqlı mərasimlər keçiriləcək.

Malatyanın Ağcadağ qəsəbəsindəki Ləvənt Vadisi yalnız Türkiyənin deyil, dünyanın ən qədim və ən maraqlı məkanlarından sayılır. 65 milyon il əvvələ gedib çıxan qayaların meydana gətirdiyi vadidə Neolit dövründən qalma qalıqlar mövcuddur.

28 km uzunluğundakı vadi uçurumları, mağaraları ilə insanı valeh edir.



Әlaqәli Xәbәrlәr