28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisi

Türkiyənin ortaq ölkə olaraq qatıldığı 28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisi çərçivəsində, “Balkanlarda Övliya Çələbi” və “Bosniya Döyüşündə səkkiz gün” seminarlar tǝşkil edilib.

477010
28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisi

Bilkent Universiteti Türk ədəbiyyatı Bölümü Müəllimlǝrindǝn Dosent Nuran Tezcan, “Balkanlarda Övliya Çələbi” mövzulu seminarında, Övliya Çələbinin 10 cildlik Seyahatnamǝ adlı ǝsǝrinin təxminən 5 cildinin Balkanlar və Orta Avropanı mövzu götürdüyünü, Mǝlǝk Əhməd Paşanın müəzzini olaraq  ǝsǝrini  qǝlǝmǝ  verǝn  sǝyyahın bu coğrafiyanı 1651 və 1670 illərində gəzdiyini qeyd edib.

Şair və yazıçı Bəşir Ayvazoğlu da “Bosniya Döyüşündə səkkiz gün” mövzulu seminarda, 1992-1995-ci illərdə baş verǝn Bosnia- Herseqovina döyüşü ilǝ bağlı  tǝǝssüratını şǝrh edib.

Döyüş əsnasında 1995-ci ildə Mostara gəldiyini ifadǝ  edǝn Ayvazoğlu, şəhərdəki Koski Mǝhmǝt Paşa Məscidinin minarəsinin top mǝrmisi ilǝ dağıldığını  yaxından gördüyünü,  qaçqın düşərgələrini  ziyarǝt  etdiyini  vǝ  döyüş nǝticǝsindǝ yaranan tǝxribata şahid  olduğunu, Bosniya və Herseqovina döyüşü əsnasında bölgədə 8 gün qaldığını qeyd edib.

 

 



Әlaqәli Xәbәrlәr