Sultan Əbdüləzizin rəsmləri Parisdə nümayiş olunacaq

Beynəlxalq Mədəniyyət və Sənət Dərnəyi (UKSD) tərəfindən təşkil olunan, "Eskizlərdən Tablolara Sultan Əbdüləziz Rəsm Sərgisi" Fransanın paytaxtı Parisdə sənətsevərlərlə görüşəcək.

475060
Sultan Əbdüləzizin rəsmləri Parisdə nümayiş olunacaq

UKSD tərəfindən verilən açıqlamaya görə, Osmanlı Padşahı Sultan Əbdüləzizin eskizləri və bu eskizlər əsasında yaradılan yağlıboya tabloları Frederic-Moisan Qalereyasında nümayiş etdiriləcək.

Türkiyə Baş nazirinin Təqdimat Fondunun və Yunus Əmrə İnstitutunun dəstəkləri ilə həyata keçirilən sərgi Türkiyənin Parisdəki Səfiri Haqqı Akilin iştirakı ilə aprelin 26-da açılacaq.

Qeyd edək ki,Sultan Əbdüləzizin saray rəssamı S. Chlebowskiyə hədiyyə etdiyi naxışlı dəftərində olan rəsmlər ilk dəfə 2013-cü ildə İstanbulun Dolmabaxça Sənət Qalereyasında nümayiş etdirilmişdi.



Әlaqәli Xәbәrlәr