28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisi açıldı

Türkiyənin tərəfdaş ölkə olaraq iştirak etdiyi 28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisinin qapıları kitabsevərlərin üzünə açıldı.

475312
28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisi açıldı

Bosniya Və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan sərginin açılış mərasimində Türkiyə Milli Təhsil nazirinin müavini Orxan Erdem, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar İdarəsinin Baş direktoru Həmdi Turşucu, Türkiyənin Sarayevodakı səlahiyyətli səfiri Cihad Erginay, Yunus Əmrə İnstitutunun Sarayevo Türk Mədəniyyət Mərkəzinin müdiri Mehmet Akif Yaman və Türkiyənin Sarayevo Səfirliyinln Mədəniyyət və Təqdimat üzrə müşaviri Soner Şahinlə yanaşı çox sayda kitabsevər iştirak etdilər.

Sərginin açılışında çıxış edən Kitabxanalar və Nəşriyyatlar İdarəsinin Baş direktoru Həmdi Turşucu Sarayevanın Türkiyə üçün xüsusi bir yeri və mənası olduğunu ifadə edərək: "Bosniya və Herseqovina bizim üçün Bursadan, İstanbuldan, Konyadan fərqi olmayan, qardaşlarımızın olduğu bir ölkənin adıdır" dedi.

Sərgiyə Türkiyə ilə yanaşı, Avropa ölkələri, Səudiyyə Ərəbistanı və İrandan təxminən 200 nəşriyyat evi 2 mindən çox kitabla iştirak edir.

Sərgidə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun vəTürkiyə Diyanət Vəqfinin da ekspozisiyaları yer alır.

Ekspozisiyalarda eyni zamanda, Yazılı Əsərlər Qurumuna, Yunus Əmrə İnstitutuna və Türkiyədən 9 naşirə yer verilmişdir.

28-ci Beynəlxalq Sarayevo Kitab Sərgisi aprelin 25-dək açıq olacaq.



Әlaqәli Xәbәrlәr