Osmanlının sənət inciləri “Sothebys” hərracında

Osmanlı dövrünə aid nadir əsərlər bu həftə dünyanın məşhur “Sotheby's” hərrac evində satışa çıxarılacaq.

473138
Osmanlının sənət inciləri “Sothebys” hərracında

İngiltərənin paytaxtı Londondakı hərrac evində keçiriləcək hərracda iştirak edəcək 40 əsərin 20 minlə 1 milyon avro civarında alıcı tapması gözlənilir.

Avropalı sənətçilər tərəfindən İstanbulun təsvir edildiyi əsərlər arasında türk rəssamı Şövkət Dağın da əsəri var.

İtalyan sənətçi Alberto Pasininin 1882-ci ildə İstanbulun bulaqlarından birininin təsvir edildiyi yağlı boya ilə çəkilmiş rəsminin 258-387 min avro arasında satılacağı proqnozlaşdırılır. İngilis sənətçi John Frederick Levisin akvarel və karandaşla işlədiyi Sultanəhməd məscidi portreti isə 25,800-38,700 avro dəyərində qiymətləndirilir.

Çərşənbə günü keçiriləcək hərracda Sultan 2-ci Osmanın taxta çıxışının təsvir edildiyi tablo daha çox maraq görən əsərlər arasında yer alır.



Әlaqәli Xәbәrlәr