Osmanlı geyimləri Macarıstanda sərgilənib

Macarıstanın paytaxtı Budapeştdə Osmanlı geyimlərinin nümayişi təşkil olunub.

471288
Osmanlı geyimləri Macarıstanda sərgilənib

Macarıstanın paytaxtı Budapeştdə Osmanlı geyimlərinin nümayişi təşkil olunub.

Qanuni Sultan Süleymanın vəfatının 450-ci ildönümü münasibətilə Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən mərasim macarların böyük marağına səbəb olub.

Türkiyənin Budapeştdəki səfiri Şakir Fakılı açılış mərasimində çıxış edərək son dövrdə Macarıstanda türk seriallarına böyük maraq göstərildiyini vurğulayıb.

Budapeştdəki Yunus Emre İnstitutunun Türk Mədəniyyət Mərkəzinin rəhbəri Yaqub Gül Qanuni Sultan Süleymanın vəfatının 450-ci ildönümü münasibətilə 2016-cı ilin Qanuni ili elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, Osmanlı geyimləri sərgisinin məqsədi 600 illik tarixi olan bir dövlətin geyim mədəniyyətini xüsusi hazırlanmış libaslarla dost Macarıstan xalqına tanıtmaqdır.

Sərgi iştirakçıları Osmanlı geyimlərinə tamaşa etməklə yanaşı Osmanlı dövrünə məxsus türk şirniyyatları və içkilərinin də dadına baxıblar.



Әlaqәli Xәbәrlәr