Paytaxt Ankara Novruz tǝdbirlǝrinǝ ev sahibliyi etdi

Novruz BMT-nin Mǝrkǝzindǝ dǝ qeyd olunub.

455478
Paytaxt Ankara Novruz tǝdbirlǝrinǝ ev sahibliyi etdi

Paytaxt Ankara Novruz Bayramı ilǝ bağlı tǝdbirlǝrǝ ev sahibliyi etdi.

Minlǝrlǝ ildir baharın da gǝldiyini xǝbǝr verǝn, Orta Asiya vǝ Balkanlarda qeyd olunan Novruz Dünya Mǝdǝniyyǝt İrsi olaraq qǝbul edilir.

Gecǝnin gündüzlǝ bǝrabǝr olduğu, ağaçların lǝçǝklǝndiyi, ümidlǝrin artdığı Novruz Bayramı Ankarada da qeyd olundu.

Mǝdǝniyyǝt vǝ Turizm Nazirliyi ilǝ Beynǝlxalq Türk Mǝdǝniyyǝti Tǝşkilatının (TÜRKSOY) ǝmǝkdaşlığı ilǝ keçirilǝn tǝdbirǝ dövlət və hökumət nümayəndələri, paytaxt ictimaiyyətinin görkəmli simaları, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak etdilǝr.

Azǝrbaycan, Makedoniya, Moldova vǝ Qırğızıstan, Türkmǝnistan, Monqolustan kimi ölkǝlǝrǝ mǝxsus nümayişlǝrǝ böyük rǝğbǝt göstǝrildi.

Dövlǝt Opera vǝ Baletindǝ keçirilǝn tǝdbirǝ çoxlu sayda ölkǝnin nümayǝndǝsi dǝ qatıldı.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edǝrǝk birlik vǝ bǝrabǝrlik mesajı verdi.

Novruz BMT-nin Mǝrkǝzindǝ dǝ qeyd olunub.

BMT Baş Assambleyasının 2010-cu ildǝ qǝbul etdiyi qǝrarla “Beynǝlxalq Novduz günü" üçün BMT_dǝ 6-ci dǝfǝ tǝdbir keçirilib.

Türkiyǝ, Әfqanistan, Azǝrbaycan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmǝnistan vǝ Özbǝkistanın BMT-dǝki Daimi Nümayǝndǝliklǝrinin, BMT-nin “ECOSOC" salonunda tǝşkil etdiyi tǝdbirdǝ sülh vǝ qardaşlıq mǝsajları yayımlanıb.

Tǝdbirdǝ çıxış edǝn BMT-nin Baş katibi Pan Gi Mun Novruzun qlobal bir mǝdǝniyyǝt irsi olduğunu qeyd edǝrǝk deyib ki, beynǝlxalq sǝviyyǝdǝ Novruzu qeyd edǝn yüz milyonlara insana qoşulduğuma görǝ çox xoşbǝxtǝm. Bu günün sǝrhǝd vǝ ayrı-seçkiliklǝrindǝn daha qǝdim bir tarixǝ sahib olan Novruz bu xüsusiyyǝti ilǝ ǝngǝllǝri aradan qaldırır vǝ güvǝn duyğusu tǝlkin edir. Novruz fǝrqli xüsusiyyǝtlǝr içindǝ vahidlik simvoludur.



Әlaqәli Xәbәrlәr