Türk kinosunun klassikləri yenidən nümayiş etdiriləcək

Türk kinosunun klassikləri uzun bir vaxtdan sonra tamaşaçısı ilə görüşəcək.

443933
Türk kinosunun klassikləri yenidən nümayiş etdiriləcək

Türk kinosunun klassikləri uzun bir vaxtdan sonra tamaşaçısı ilə görüşəcək.

İstanbul Mədəniyyət və Sənət Dərnəyinin hazırladığı layihə ilə Türk kinosunun möhtəşəm əsərləri illər sonra bərpa edilərək nümayiş etdiriləcək.

Layihəyə əsasən, ssenarisi Yılmaz Güney, rejissoru Zeki Ökten olan “Sürü" filmi yenidən göstəriləcək.

Baş rollarında Tarık Akan, Melike Demirağ və Tuncel Kurtizin oynadığı 1978-ci ilin istehsalı olan film, 35-ci İstanbul Film Festivalında klassiklərin ən dəyərlisi olaraq nümayiş olunacaq.

Musiqisini Zulfi Livanelinin bəstələdiyi film, “1979 Locarno", “1980 Antwerp" Film festivallarında qələbə qazanıb. 1980-ci ildə Antalya Film Festivalında isə "Ən yaxşı film" sahəsində 6 kateqoriyada mükafat qazanıb.

Həmçinin bu film Mədəniyyət Nazirliyinin “Ən yaxşı 10 Türk Filmi" siyahısındadır.

Bu layihə əvvələr də 8 unudulmaz Türk filmini eyni məqsədlə nümayiş etdirib.



Әlaqәli Xәbәrlәr