"Solo Tanqo Orkestr" Türkiyədə

Rus tanqo qrupu olan "Solo Tanqo Orkestr" Türkiyə turu çərçivəsində martın 2-də Samsunda çıxış edəcək.

440172
"Solo Tanqo Orkestr"  Türkiyədə

Konsertin bütün gəliri isə Əngəlsiz Həyat Mərkəzinə bağışlanacaq.

Ən nüfuzlu yarışlarda mükafatlar qazanan və festivallarda məşhur rəqqaslarla səhnəyə çıxan "Solo Tanqo Orkestr" 2010-cu ildə İtaliyada keçirilən "Citta də Castelfidardo" beynəlxalq müsabiqəsində "Ən yaxşı Piazzolla İfası" mükafatını qazandıqdan sonra məşhur oldu.

Qrup Berlin Tanqo, Amsterdam Tangomania, Stokholm Tanqo Norte, Bazel Oster Tanqo Vyana Tanqo Amadeus və İstanbul Tanqo festivallarında də konsertlər verib.



Әlaqәli Xәbәrlәr