Con Lennonun saçları 35 min dollara satılıb

Dünyaca məşhur musiqi qrupu “Bitlz"ın solisti Con Lennona aid 50 illik bir topa saç 35 min dollara satılıb.

438615
Con Lennonun saçları 35 min dollara satılıb

Dünyaca məşhur musiqi qrupu “Bitlz"ın solisti Con Lennona aid 50 illik bir topa saç 35 min dollara satılıb.

Con Lennona məxsus saç ABŞ-ın Dallas şəhərində təşkil edilən hərracda satışa çıxarılıb.

Səlahiyyətlilər illərdir saxlanılan bu saçı ingilis kolleksiyaçı Paul Fraserin aldığını açıqlayıblar.

Məlumata görə, Lenon 1966-cı ildə “How I Won the War'" adlı filmi üçün saçlarını kəsdirərkən alman bərbər Klaus Baruk onun saçından bir tutum saxlayıb.



Әlaqәli Xәbәrlәr