"Le Corsaire" baleti İstanbul tamaşaçılarının görüşünə gəlir

İstanbul Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdiriləcək "Le Corsaire" (Dəniz qulduru) baletinin premyerası fevralın 27-də İstanbulda olacaq.

437823
"Le Corsaire" baleti İstanbul tamaşaçılarının görüşünə gəlir

İngilis şairi Lord Bayronun eyni adlı poemasından götürülən baletin mətnini Jules-Henri Vernoy de Saint-Georges və Joseph Mazilier yazıblar."Le Corsaire" baleti həyatda olan balet əfsanələrindən biri, məşhur kanadalı Anna-Mariya Holmesin xoreoqrafiyası əsasında səhnələşdiriləcək. Baletdə Adolphe Adam, Cesare Pugni, Leo Delibes, Riccardo Drigo ve Prince Oldenbourgun musiqiləri səslənəcək.

"Le Corsaire" premyeradan sonra 1, 3, 5, 8,10 və 12 mart, 6 və 8 apreldə Kadıköy Bələdiyyəsi Sürəyya Opera Səhnəsində tamaşaçılarla görüşəcək.

Holmesin xoreoqrafiyası ilə Amerikan Balet Teatrında iki ildə bir səhnə alan əsər Konradın dəniz quldurları və dostu Birbanto ilə Osmanlı İmperiyasına doğru yola çıxmasından, onun quruya çıxdıqları zaman müxtəlif malların və əsirlərin satıldığı bazarda əsir qızlar arasında gördüyü bir gözələ aşıq olmasından və Seyd Paşanın hərəmi üçün bu qızı seçməsindən bəhs edir.

Xatırladaq ki, "Le Corsaire" baleti dünyada ilk dəfə 23 yanvar 1856-cı ildə Parisdə Joseph Mazilierin xoreoqrafiyası ilə səhnələşdirilmişdi, Daha sonra Avropavə Rusiya xoreoqrofları da əsərə bfərqli səhnə həyatı vermişdilər.



Әlaqәli Xәbәrlәr