Ankarada "Mən bir dünyalıyam" rəsim sərgisi başlayıb

Bütün dünya türkiyəli fotoqrafın gözü ilə

399002
Ankarada "Mən bir dünyalıyam" rəsim sərgisi başlayıb

Fotoqraf və yazıcı Olay Salcanın “Mən bir dünyalıyam” foto sərgisi sənətsevərlərə təqdim olunub.
Olay Salcan, 100-dən artıq ölkəni gəzdiyini, “Güven park” sənət qalereyasında açdığı sərgidə 20 ölkədən, 30 fotoya yer verdiyini söyləyib.
“Mən bir dünyalıyam, dünyanı gəzirəm. Sadəcə bir ölkə deyil, “dünya mənim” deyən Salcan, fotolar ilə dünyanın hər bir yerini sərgiləməkdən qürur duyduğunu” deyib.
Böyük bir foto arxivinin olduğunu deyən Salcan,
“Gördüyüm, gəzdiyim hər yeri çəkməkdən zövq alıram. Bu mərhələyə gələ bilmək üçün yüz minlərlə foto çəkdim” deyə bildirib.
Salcan, bundan sonrakı sərgisini sadəcə Türkiyəyə həsr edəcəyini də sözlərinə əlavə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr