Yeni Arxeoloji tapıntılar kəşf olunub

Boliviyada tramvay çəkilişi zamanı antik məskunlaşma yeri aşkarlanıb.

419588
Yeni Arxeoloji tapıntılar kəşf olunub

Boliviyanın La Paz şəhərində tramvay çəkilişləri zamanı Kolumbiyadan əvvələ aid olduğu güman olunan antik məskunlaşma yeri aşkarlanıb.
Akademiklərin fikrincə, daha sonra İnkalara keçirdikləri siyasi, iqtisadi və mədəni abidələri ilə Tivanaku insanları, Amerika mədəniyyətinin başlanğıc nöqtəsidir.
Şəhər mərkəzində ilk dəfə belə bir antik tapıntıya rast gəlinib. Miladdan əvvəl 100 və yaxud 200-cü illərə aid olduğu güman olunan tapıntılar keramik qablar, kəsici alətlər və qurban olaraq istifadə olunduğu düşünülən lama sümüklərindən ibarətdir.
Dərinə ketdikcə daha çox tapıntı izlərinə rast gəlinəcəyini deyən arxeoloqlar, eyni zamanda əkinçilik ilə bağlı maraqlı nümunələr aşkarlandığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr