II Sərhədsiz Musiqi Festivalı türk musiqisi ilə bağlandı

Afrika və Yaxın Şərq musiqisi dinləyicilərinin görüşdüyü Fasın paytaxtı Rabatdakı festival türkiyəli sənətçi İlhan Erşahinin çıxışıyla sona çatıb.

417298
II Sərhədsiz Musiqi Festivalı türk musiqisi ilə bağlandı

  İsveçdə doğulan İ.Erşahin sənətsevərlərə Türkiyə musiqisilə cazın sintezini saksafonda təqdim edib.

  Erşahin: "Sevgi eşqinə çalıram. Bu günlər sevgiyə daha çox ehtiyacımız var. Bütün dünyada sülhün hakim olması üçün sevgiyə ehtiyac var" deyib.

  AA müxbirinə müsahibəsində Erşahin Fasa ilk dəfə getdiyini və bu səfərdən böyük məmnunluq duyduğunu dilə gətirib: "Afrika, Yaxın Şərq və dünya sənətçilərini bir araya gətirən bu festivalın səhnəsində olmaq çox gözəl idi".

  Erşahin vətənindən ayrı qaldığı uzun illərə baxmayaraq, ənənəvi Türk musiqisinin fərqli musiqilərlə harmoniyasına üstünlük verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr