Megastar Tarkan Monacoda ikinci dəfə konsert verdi

Monte Karlo Ulduzlar Salonunda səhnəyə çıxan məşhur müğənni hərəkətli mahnıları və rəqsləri ilə qonaqlarını coşdurdu.

361453
Megastar Tarkan  Monacoda ikinci dəfə konsert verdi

Monaco Şahzadəsinin şirkəti Monte Karlo Societe des Bains de Mer (SBM)  Tarkanın ötən ilki konsertinindən sonra bu il də megastarı ikinci dəfə Monaco səhnəsinə dəvət etdi.

30 oktyabr axşamı Avropanın ən böyük rəqs zallarından biri olan Salla des Etoilesdə keçirilən xüsusi şam yeməyindən sonra Tarkan səhnəyə çıxdı.

Müğənnini türk qonaqlarla yanaşı Monako, Fransa, Rusiya, Azərbaycan, İtaliya, Fransa, Almaniya, Ukrayna və Qazaxıstandan gələn 850 nəfər tamaşaçı izlədi.

Təxminən iki saat çıxış edən Tarkan "Gül Tökdüm Yollarına" mahnısını səsləndirdiyi zaman tamaşaçılar megastarın səhnəsinə qırmızı gülləri ovuc- ovuc atdılar.

Dəvətlilərə unudulmaz bir gecə yaşadan sənətkar konsertin sonunda qonaqlara İngiliscə və Türkcə olaraq "İnşallah gələn il də burada görüşərik" deyərək onlarla vidalaşdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr