Türk televiziya tarixinin Osmanlı polisi haqqında ilk filmi

"Filinta" dünya televiziyalarında

403252
Türk televiziya tarixinin Osmanlı polisi haqqında ilk filmi

  Osmanlı dövrünün gizli dünyasını əks etdirən TRT-nin sevilən seriallarından biri “Filinta” Orta Şərq və Cənubi Amerikanın 30 ölkəsi tərəfindən satın alınıb.

  Ötən mövsüm "Bir Osmanlı polisi" yarım başlığıyla yayımlanan “Filinta” ikinci mövsümə "Min ilin ilk çağlarından" adıyla davam edir.

  “Hollywood” tərzi hərəkət səhnələri olan yüksək büdcəli “Filinta” serialı türk televiziya tarixinin Osmanlı polisi haqqında ilk filmidir.

  Çəkilişləri Kocaelində davam edən serial Orta Şərq başda olmaqla əksər xarici ölkələrdə böyük maraqla izlənir.

  Serialın baş koordinatoru Mehmet Çoban deyir ki, “Əgər ötən mövsümdə olaylar sarayda, qala və ətrafında baş verirdisə, bu mövsümdə hadisələr artıq bütün dünyaya yayılıb”.

  Serialın qəhrəmanları Filinta Mustafa və Bıçak Alinin Osmanlı dövlətinə qarşı edilən əməliyyatlara qarşı mübarizə etdiyini, yeni bölümlərdə hadisələrin Avropadan Orta Şərqə qədər bütün ölkələri əhatə edəcəyini bildiriblər: "Həm tamaşaçı, həm də məzmun və ssenari baxımından ölkələrə yayılmış sayılırıq. Ona görə bu ölkələrdən “Filinta”ya tələbat artıb. Hal-hazırda serialın Orta Şərq və Cənubi Amerika ölkələrində satışları tamamlanıb. Həqiqətən maraq çox böyükdür. Bunlar təxminən 25- 30 ölkəni əhatə edir, amma danışıqlar yenə davam edir. Əlavə təxminən 60 ölkəyə də serialı satmağı planlaşdırırıq".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr