Türk Dünyası Elmi Araşdırma Mərkəzinə Aytmatovun adı verildi

Türkiyənin Karabük Universiteti nəzdində Türk Dünyası Elmi Araşdırma Mərkəzi quruldu.

398045
Türk Dünyası Elmi Araşdırma Mərkəzinə Aytmatovun adı verildi

  Ən böyük xəyalı türk dünyasının birlik və bərabərliyi olan dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun adı verildi Mərkəzə.

  Türk dünyası üzrə araşdırmalar aparacaq Mərkəz Çingiz Aytmatovun xəyallarının reallaşmasına böyük töhfə verəcək.

  Karabük Universitetinin müəllimi Cıldız İsmailova Mǝrkǝz haqqında bunları deyib: "Türk dünyasında dilimiz, dinimiz, tariximiz və mədəniyyətimiz birdir. Bu birlik-bǝrabǝrliyi bundan sonra da möhkǝmlǝndirmǝk borcumuzdur".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr