Uyğur türklərinin konqresi dünyanın paytaxtı İstanbulda olacaq

7-ci Uyğur Türkləri Dil, Tarix və Mədəniyyət Araşdırmaları Konqresi 10-11 oktyabr tarixlərində İstanbuldakı Fatih Sultan Mehmet Universitetində olacaq.

389092
Uyğur türklərinin konqresi dünyanın paytaxtı İstanbulda olacaq

  İstanbulda fəaliyyət göstərən Uyğur Akademiyasının alim və araşdırmaçılarının ev sahibliyilə keçiriləcək Konqresdə ABŞ, İsveç, Yaponiya və Türkiyədən 20-dən çox alim iştirak edəcək.

  Uyğur türklərinin dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin müzakirə olunacağı Konqresdə uyğurların tanınmış şair və yazıçısı Abdurehim Ötkürün də vəfatının 20-ci ildönümü qeyd olunacaq.

  Uyğur Akademiyasının rəhbəri Abdulhəmid Karahan deyib: “Bu Konqresdə məqsəd Çinin Uyğur bölgəsində təhsil dili olmaqdan uzaqlaşdırılan uyğur dilinin zəngin və ifadə tutumu güclü bir dil olduğunu göstərməkdir. Uyğur tarixinə pay təmin etmələri üçün dünyanın bir çox ölkələrindən də konqresə tarix və dil araşdırmaçıları dəvət edilib.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr