72-ci Venesiya Film Festivalı

72-ci Venesiya Film Festivalında "Mühasirə" filmi mükafata liyiq görülüb.

386831
72-ci Venesiya Film Festivalı

Venesiyanın Lido Yarımadasında tǝşkil edilǝn dünyanın ən qədim kino festivalında rejissor Emin Alperin ‘‘Mühasirǝ’’ filmi, münsiflǝr heyǝtinin xüsusi mükafatına layiq görülüb.
Film, siyasi zorakılıq şǝraitindǝ ayaqda qalmaq üçün sǝy göstǝrǝn iki qardaşın hekayǝsindǝn bǝhs edir.
Festival çǝrçivǝsindǝ çıxış edǝn Ərǝn Alpǝr, münsiflǝr heyǝti ilǝ filmdǝ iştirak edǝnlǝrǝ tǝşǝkkürünü bildirib.
Xatırladak ki, ötǝn il münsiflǝr heyǝtinin xüsusi mükafatına Kaan Müjdecinin ‘‘Sivas’’ filmi layiq görülmüşdü.
Qeyd edǝk ki, ‘‘Mühasirǝ’’ filmi hǝmçinin Arca CinemaGiovani mükafatına da layiq görülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr