Türkmәnistanda "Yemiş Bayramı" keçirilir

Türkmənistanın ən populyar bayramlarından biri hesab edilәn milli “Yemiş Günü” qeyd olunur.

319187
Türkmәnistanda  "Yemiş  Bayramı" keçirilir

1994-cü ildәn qeyd olunan “Yemiş Günü”nə həsr olunmuş bayram tədbirləri ölkənin bütün bölgələrində bir neçə gün davam edəcək. Belə ki, ölkənin bütün vilayətlərində yemiş müsabiqələri keçirilir, konkurslarda çəkisi 15 kq-dan çox yemişlər və 30 kq-dan çox olan qarpız və boranılar təqdim olunur.
Əsas bayram tədbirləri Avqustun 9-da Aşqabaddakı Müstəqillik parkında keçiriləcək. Bayram tədbirləri çərçivəsində müsabiqə və konsert tәşkil edilәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr