‘‘Nağara 2015 Beynəlxalq Zərb Alətləri Festivalı’’

22-26 avqust tarixlәrindә Şəki şəhəri "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalına ev sahibliyi edәcәk.

317378
‘‘Nağara 2015  Beynəlxalq Zərb Alətləri Festivalı’’

Festival, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə reallaşacaq.
Nazirliyin mәlumatına görә, festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcəklər.
Şəki şəhərindəki Yaşıl Teatrda təşkil olunacaq festivalın açılış mәrasimi 22 avqustda keçiriləcək. Festival günlərində Özbəkistanı təmsil edən Abbos Kasimov və "Abbos" qrupu, İranın "Lian" qrupu, Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupu və Azərbaycan təmsilçisi "Natiq ritm" qrupunun konsertləri olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr