Ramazan festivalında "Azǝrbaycan gecǝsi"

Ankarada keçirilǝn Beynǝlxalq Ramazan Festivalında “Azǝrbaycan gecǝsi” tǝşkil olunub.

331821
Ramazan festivalında "Azǝrbaycan gecǝsi"

Paytaxt Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Festivalı çərçivəsində “Azərbaycan gecəsi” keçirilib. Bununla əlaqədar həmin bələdiyyənin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə tǝşkil olunan Ramazan Festivalında Azǝrbaycana mǝxsus tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı olub.
Azərbaycan Evini ziyarət edən çoxsaylı qonaqlara “Heydər Əliyev” və “İlham Əliyev” kitabları, “İrs-Miras” və “Diplo Atlas” jurnalları, o cümlədən Azǝrbaycanla bağlı digər əyani vəsaitlər hədiyyə edilib.
Açılışda çıxış edən Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, Ədalət və İnkişaf Partiyasından millǝt vǝkili Orxan Atalay bildiriblər ki, bu cür tədbirlər xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Festival çərçivəsində Azərbaycana həsr edilən gecə maraqlı konsert proqramı ilə davam edib.
Azərbaycandan gələn incəsənət ustalarının ifasında səslənən muğamlar və xalq mahnıları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr