Bu dünyadakı cənnət, cəhənnəm

Aralıq dənizi bölgəsinin tarixi məkanlarından olan Cənnət və Cəhənnəm mağaraları hər il yüzlərlə turistin bura axın etməsinə səbəb olur.

333465
 Bu dünyadakı cənnət, cəhənnəm

 Mersinin Silifke mahalının Narlıkuyu ərazisində olan bu iki böyük və dərin çuxur təbii gözəllikləri ilə görənləri heyran qoyur.
Cənnət-Cəhənnəm mağaraları bölgədəki digər tarixi qalıqlar kimi antik dövrdə müqəddəs olaraq qəbul edilirdi. Təbii çöküntülərdən meydana gələn mağaralar dik yamaclı, çox böyük və dərin çuxurları ilə diqqəti çəkir.
Mağaranın içərisində yerləşən Məryəm Ana kilsəsi isə inanc turizmi baxımından böyük əhəmiyyət daşıyır. Kilsənin giriş qapısı üzərindəki dörd sətirlik kitabədə bu kilsənin Paulus adında dindar bir şəxs tərəfindən Məryəm Ananın şərəfinə inşa olunduğunu yazır.
Burda yerləşən Astma mağarası da təbii gözəllikləri ilə hər kəsi ovsunlayır. İllərə meydan oxuyan bu məkanın havasının astmalı xəstələrə şəfa olduğu deyilir. Bu səbəbdən buraya şəfa tapmağa gələnlərin sayı həddindən çoxdur.
Cənnət mağarasının cənub hissəsində olan Zeus məbədi isə ellinizm dövrünə aiddir. Bu məbədin Zeusun Typhona qarşı qazandığı zəfərin bir simvolu olaraq inşa edildiyi deyilir. Antik dövrdə tanrı Zeusun Titanların kralı olan Kronosu Cəhənnəm mağarasına həbs etməsi barədə yayılan rəvayət isə bu iki yerin mifoloji mənada daha da əhəmiyyətini artırır.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr