Rusiyalı tanınmış müğənni Janna Friske vəfat edib

Rusiyalı tanınmış müğənni Janna Friske iyunun 15-də axşam saatlarında vəfat edib.

305503
Rusiyalı tanınmış müğənni Janna Friske vəfat edib

41 yaşlı Janna Friske 2013-cü ildən beyin xərçəngi ilə mübarizə aparırdı. Bir müddət əvvəl onun həyat yoldaşı Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Müğənni 1996-cı ildə “Blestyaşie” qrupuna qoşulduqdan sonra məşhurlaşıb. 2003-cü ildə uğurlu solo karyerasına başlayan Janna Friske bir neçə filmdə də çəkilib. 2013-cü ildə onun Platon adlı oğlu dünyaya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr