68-ci Kan (Cannes) Film festivalı sona çatdı

Festivalın əsas mükafatı “Qızıl palmiya” "Dheepan" filmi üçün fransız rejissor Jak Audiarda verilib. Film Sri Lankadan qaçan və Parisdə yeni bir həyat qurmaq istəyən Tamil adlı azadlıq döyüşçüsünün başına gələnlərədn bəhs edir.

287596
68-ci Kan (Cannes) Film festivalı sona çatdı

  “Böyük” mükafatı '"Ruhun oğlu" filminə görə macar rejissoru Laszlo Nemes, “Ən yaxşı rejissor” mükafatını "Suiqəsdçi" filminə görə çinli rejissor Ho Şa Şen (Hou Hsiao Hsien), "Xərçəng" filminə görə “Münsif”mükafatını yunan rejissor Yorqos Lantimos (Yorgos Lanthimos), “Ən yaxşı ssenari” mükafatını “Xronika” ("Chronic") filminə görə Mişel Franko (Michel Franco) alıb.

  "La Loi du Marche" filmindəki rolu üçün Vincent Lindona "Ən yaxşı aktyor”, "Mon Roi" filmindəki rolu üçün Emmanuelle Bercot və "Carol" filmindəki rolu üçün Rooney Mara "Ən yaxşı aktrisa" mükafatlarına layiq görülüblər.

  "Qızıl kamera” mükafatı isə "La Tierra y la Sombra" filminə görə rejissor Sezar Asevedoya (Cesar Acevedo) verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr