Türkiyə-Yaponiya dostluğuna aid film

Türkiyə-Yaponiya dostluğu "Ərtoğrul" filmiylə lent yazılarında əbədiləşib.

254181
Türkiyə-Yaponiya dostluğuna aid film

  “Ərtoğrul” adlı Osmanlı yelkənli hərb gəmisinin qəmli hekayəsini və İran-İraq müharibəsi zamanı olan tarixi hadisəni əks etdirən filmin təqdimatı İstanbulda olub.

  Filmdə Türkiyə-Yaponiya dostluğunun simvolu olan 2 tarixi hadisə canlandırılıb: birincisi, 1890-cı ildə Yaponiya sularında batan Osmanlı yelkənli hərb gəmisi olan “Ərtoğrul”un kədərli əhvalatı, ikincisi, 100 il sonra İran-İraq müharibəsində Türklər tərəfindən qurtarılan 215 yaponun hekayəsidir.

  Mitsotoşi Tanakanın (Mitsutoshi Tanaka) rejissorluğu ilə çəkilən filmdə məşhur aktyorlar oynayır.

  "Ərtoğrul" filmi geniş tamaşaçı kütləsinə noyabr ayında təqdim ediləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr