Çanaqqala zǝfǝrinin 100-cü ildönümünǝ hǝsr olunmuş foto-sǝrgi

İordaniyanın paytaxtı Әmmanda Çanaqqala zǝfǝrinin 100-cü ildönümü tǝdbirlǝri çǝrçivǝsindǝ “Savaşdan barışa uzanan yol” adlı foto-sǝrgisi keçirilib.

248057

Türkiyǝnin Әmmandakı sǝfiri Sǝdat Önal sǝrginin açılış mǝrasimindǝ çıxış edǝrǝk deyib ki, Çanaqqala döyüşlǝri bizim üçün çox önǝmlidir. Şǝxsiyyǝtimizin ayrılmaz bir hissǝsidir. Tariximizdǝ dönüş nöqtǝsi tǝşkil edǝn bir hadisǝdir. Bu gün bütün şihidlǝrimizi başda Cümhuriyyǝtimizin banisi Mustafa Kamal Atatürk olmaqla minnǝtdarlıqla vǝ hörmǝtlǝ yad edirik.
Foto-sǝrgi Çanaqqala savaşının Türkiyǝ üçün necǝ bir dönüş nöqtǝsi olduğunu bir daha nümayiş etdirir.
Prof. Çağrı Әrhan da Atatürkün avstraliyalı vǝ yeni zelandiyalı anzaqların analarına “göz yaşlarınızı silin bizim üçün uşaqlarınızın Mehmetçiklǝrdǝn fǝrqi yoxdur” deyǝ sǝslǝndiyini xatırladıb.
İordaniyanın paytaxtı Әmmandakı foto-sǝrgi aprelin 29-dǝk açıq olacaq.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr